Bakıda keçirilən MINEPS 2023 beynəlxalq konfransı yekunlaşıb

Bakıda keçirilən MINEPS 2023 beynəlxalq konfransı yekunlaşıb
# 29 iyun 2023 17:39 (UTC +04:00)

"Biz bu konfrans vasitəsilə ümumi mesajımızı verdik".

APA xəbər verir ki, bunu Bədən Tərbiyəsi və İdman üzrə Məsul nazirlərin və yüksək vəzifəli şəxslərin (MINEPS VII) Bakıda keçirilən VII Beynəlxalq Konfransının bağlanış mərasimində çıxış edən UNESCO Baş katibinin sosial və humanitar məsələlər üzrə müavini Qabriela Ramos çıxışında deyib.

"Biz inanırıq ki, idman fərq yarada bilər. Biz bu sahəyə daha çox diqqət ayıraraq, daha çox investisiya cəlb edərək buna nail ola bilərik", - o bildirib.

Qabriela Ramos deyib ki, bu konfransda əhəmiyyətli nəticələr əldə olunub, UNESCO-nun "Fit for Life" təşəbbüsü ətrafında Alyans yaranıb.

Qeyd edək ki, Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS 2023) keçirilib. Üç gün davam edən konfransa 120-dən çox ölkə təmsilçisi qatılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR