Bank Of Baku

Bakıda klassik avtomobillərin yürüşü olacaq

Bakıda klassik avtomobillərin yürüşü olacaq
# 11 aprel 2022 17:43 (UTC +04:00)

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək.

Federasiyadan APA-ya verilən xəbərə görə, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.

Bununla əlaqədar olaraq, AAF klassik avtomobil sahiblərini və avtomobil həvəskarlarını tədbirdə iştiraka dəvət edir. 1982-ci ilədək istehsal olunan klassik avtomobil sahibləri 23 may saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.

Qeydiyyat üçün əlaqə:

(012) 505 60 03 və ya (050) 295 01 00

e-mail: [email protected]

Qeydiyyatdan keçən avtomobil və sahibləri 29 may tarixində saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR