Bədii gimnastika üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasından APA-ya verilən məlumata görə, yığma sentyabrın 16-22-də Bakıda keçiriləcək dünya çempionatına 8 idmançı ilə qatılacaq.
Ölkəmizi yarışın fərdi proqramında Zöhrə Ağamirova, Yelizaveta Luzan və Veronika Hudis təmsil edəcəklər. Qrup hərəkətləri üzrə mübarizədə isə xalça üzərinə Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova və Zeynəb Hümmətova çıxacaqlar.
Qeyd edək ki, mundialda 62 ölkədən 312 idmançının gücünü yoxlayacağı gözlənilir.