Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycana gəlib

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycana gəlib
# 03 iyun 2023 09:41 (UTC +04:00)

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Bakıya gəlib.

Apasport.az saytının məlumatına görə, qurum başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

BOK rəhbərliyi Bakıda keçirilən taekvonda üzrə dünya çempionatını izləyəcək. Qonaqlar mundialın altıncı gününün bəzi döyüşlərinə “Kristal Zal”da baxacaq

Bax səfər çərçivəsində bir sıra görüşlərdə iştirak edəcək. Onun Milli Olimpiya Komitəsi və Azərbaycan Teekvondo Federasiyasının rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı Dünya Taekvondosunun 50 illik yubileyinə təsadüf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR