“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vurulub - YENİLƏNİB

“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vurulub - YENİLƏNİB
# 11 iyun 2023 15:24 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsinə yekun vurulub.

APA xəbər verir ki, yarışa Beyləqan Şəhər İcra Hakimiyyətinin qarşısından start verilib. Sonuncu mərhələdə idmançılar Beyləqan-Şuşa marşrutu üzrə hərəkət ediblər. Ümumilikdə, velosipedçilər 132,2 kilometr məsafə qət ediblər.

Sonuncu mərhələnin nəticələrinə görə, birinci yeri İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Emanuele Ansaloni, ikinci yeri Rumıniya komandasının üzvü Kristian Raileano, üçüncü yeri isə eyni komandanın üzvü Adi-Narkis Marçu tutublar.

***

saat 10.49

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsinə Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından start verilib.

APA xəbər verir ki, velosipedçilər bu mərhələdə Beyləqan-Şuşa marşrutu üzrə 132,2 kilometr məsafə qət etdikdən sonra Azərbaycanın zəfər rəmzi olan Şuşa şəhərinin girişindəki finiş xəttinə çatacaqlar.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışın dördüncü mərhələsinin qalibi İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Alessandro Monaco, ikinci yerin sahibi onun komanda yoldaşı Emanuele Ansaloni olub, üçüncü yerdə isə Qazaxıstan komandasının üzvü Rudolf Remkhi qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR