F1-in Bakı trekinin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlanılır

F1-in Bakı trekinin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlanılır
# 03 mart 2023 13:10 (UTC +04:00)

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı açıqlama verib.

Şirkətdən APA-ya verilən xəbərə görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 28-30 aprel tarixlərində baş tutacaq 2023-cü il "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlayır.

Verilən məlumata görə, tikinti-quraşdırma işləri martın 3-ü gecə saatlarından başlayacaq və yarış həftəsinə qədər davam edəcək.

Qeyd edək ki, tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək. BŞH bu barədə ictimaiyyəti davamlı şəkildə məlumatlandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR