“Avarçəkmə üzrə növbəti beynəlxalq yarış Suqovuşanda keçirilə bilər. Bununla bağlı artıq işlər aparılır”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Azərbaycan Milli Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev bildirib.
O deyib ki, izim idmançılar üçün böyük bir stimuldur ki, belə bir tədbir Qarabağda keçirildi:
“Prezident cənab İlham Əliyevə buna görə təşəkkürümüzü bildirirəm. Bu soyuq havaya baxmayaraq idmançılarımız məşqləri burda keçirir. Artıq bundan sonrada tez-tez burda məşqlərin keçirilməsi nəzərdə tutulur. Ən böyük hədəflərimizdən biri, yaxın gələcəkdə avarçəkmənin "Kayak", "Akademik avarçəkmə" və "Kanoe" növləri üzrə beynəlxalq yarışların burada keçirilməsinə nail olmaqdır. Bu konkret olaraq may ayı üçün nəzərdə tutulur. Bununla bağlı yaxın gələcəkdə tam dəqiq məlumat veriləcək”.