FHN əməkdaşı atıcılıq üzrə yarışda gümüş medal qazanıb

FHN əməkdaşı atıcılıq üzrə yarışda gümüş medal qazanıb
# 25 sentyabr 2023 14:18 (UTC +04:00)

Sentyabrın 22-24-də Bakı Atıcılıq Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığının sportinq növü üzrə yarışlara yekun vurulub.

FHN-dən APA-ya verilən xəbərə görə, 44 qurumdan 166 əməkdaş (120 kişi, 46 qadın) komanda və fərdi yarışlarda əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin atıcılıq üzrə kişilərdən ibarət komandası 3 nəfər olmaqla yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, kişilər arasında fərdi yarışlarda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət mayoru Şahin Məmmədov finalda 10 hədəfdən 9-nu dəqiqliklə nişan alaraq gümüş medalın sahibi olub. Komanda yarışlarında isə Fövqəladə Hallar Nazirliyinin komandası 28 xalla beşinci pillədə qərarlaşıb.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

25 sentyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaş ilə görüşərək, qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR