Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Bakı Su idman sarayında üzgüçülük üzrə Azərbaycan açıq qış çempionatı keçirilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, yarışda Azərbaycanın 15 müxtəlif klub və idman cəmiyyətinin ümumilikdə 140-a yaxın üzgüçüsü öz qüvvəsini sınayıb. FHN-in İdman-sağlamlıq klubunun İdman-təlim şöbəsinin inspektoru baş leytenant Boris Kirillov yüksək nəticə göstərərək kişilər arasında 50 metrə arxası üstə üzmədə 1-ci yerə layiq görülüb. Qalibə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomu təqdim olunub.
Qeyd edək ki, Boris Kirillov 2013-cü ildə İndoneziyada keçirilən İslam Həmrəyliyi oyunlarının qızıl mükafatçısıdır.
Aysel Şahmar