Bank Of Baku

“Formula-1”: Ən sürətli Maks Ferstappen olub

“Formula-1”: Ən sürətli Maks Ferstappen olub
# 04 iyun 2021 13:31 (UTC +04:00)

Bakıda “Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürüb. 

Apasport.az saytının məlumatına görə, mövsümün 6-cı mərhələsinin ilk sərbəst yürüşü başa çatıb.

Pilotlar bir saat bolidlərini sınaqdan keçiriblər. Yekunda “Red Bull” pilotu Maks Ferstappen sərbəst yürüş zamanı hamıdan sürətli olub.

O, 1:43.184-lük göstəriciyə imza atıb. Ferstappendən sürətdə müvafiq olaraq “Ferrari” pilotları Şarl Lekler və Karlos Sayns geri qalıb.

Qeyd edək ki, saat 16:00-da ikinci sərbəst yürüşə start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR