Bank Of Baku

“Formula-1”: Günün son yürüşü başlayıb

“Formula-1”: Günün son yürüşü başlayıb
# 10 iyun 2022 18:00 (UTC +04:00)

Bakıda “Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşə start verilib.

Apasport.az saytının məlumatına görə, “Formula-2” pilotlarının sıralama yarışının ardınca “Formula-1” komandaları bolidlərini sınaqdan keçirməyə başlayıblar.

Saat 18:00-da start götürən günün son məşqi bir saat davam edəcək. Birinci sərbəst yürüşdə ən sürətli pilot Serxio Peres (“Red Bull”) olub.

Qeyd edək ki, “Formula-1” pilotlarının sabah baş tutacaq üçüncü sərbəst yürüşü saat 15:00-da start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR