Bank Of Baku

“Formula-1”: İlk sərbəst yürüşün ən sürətlisi Serxio Peres olub

“Formula-1”: İlk sərbəst yürüşün ən sürətlisi Serxio Peres olub
# 10 iyun 2022 16:00 (UTC +04:00)

Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb.

Apasport.az saytının məlumatına görə, mövsümün 8-ci mərhələsinin ilk sərbəst yürüşü başa çatıb.

Pilotlar bir saat bolidlərini sınaqdan keçiriblər. Yekunda “Red Bull”un pilotu Serxio Peres sərbəst yürüş zamanı hamıdan sürətli olub.

O, 1:45.476-lük göstəriciyə imza atıb. Peresdən sürətdə müvafiq olaraq Şarl Lekler (“Ferrari”) və Maks Ferstappen (“Red Bull”) geri qalıb.

Qeyd edək ki, saat 18:00-da ikinci sərbəst yürüşə start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR