"Formula 1"-lə əlaqədar Bakıda daha bir küçə bağlanır

"Formula 1"-lə əlaqədar Bakıda daha bir küçə bağlanır
# 11 aprel 2023 14:11 (UTC +04:00)

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

APA xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tikinti işləri ilə bağlı açıqlamasında bildirilib.

Məlumata görə, hazırlıqlar çərçivəsində aparılan quraşdırma işləri səbəbindən bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyevə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR