“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşə start verilib.
Apasport.az saytının məlumatına görə, sonuncu məşq 1 saat davam edəcək və 16:00-da yekunlaşacaq.
Bu yürüşdən 2 saat sonra isə “Formula-1” pilotları sıralama turuna çıxacaqlar.
Qeyd edək ki, dünən keçirilən ilk iki sərbəst yürüşdə müvafiq olaraq Serxio Peres (“Red Bull”) və Şarl Lekler (“Ferrari”) hamını qabaqlayıblar.