“Formula-1” üzrə Azərbaycan Qran-prisində ilk gözlənilməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, bu, ikinci sərbəst yürüş zamanı olub.
“Uilyams” komandasının pilotu Nikolas Latifinin bolidi 16-cı döngədə anidən dayanıb. Mühərrik problemi səbəbindən o, mübarizəni davam etdirə bilməyib.