Formula-1 üzrə Azərbaycan Qran-Prisinin keçirilmə vaxtı dəyişdirilə bilər.
Apasport.az-ın məlumatına görə, hər ilin aprel ayında təşkil olunan yarışın sentyabra keçirilməsi müzakirə olunur.
Bu barədə britaniyalı jurnailst Co Seyvard öz bloqunda yazıb. O, tarix bəlli olmasa da, Azərbaycan Qran-Prisinin payızda Sunqapur yarışından öncə keçiriləcəyini bildirib.
Qeyd edək ki, 2024-cü ildə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-Priləri bazar günü deyil, şənbə keçiriləcək. Buna səbəb Ramazan ayının martın 10-da, bazar günü başlamasıdır. Nəticədə yarışlar Bəhreyndə martın 2-də, Səudiyyə Ərəbistanında isə ayın 9-da təşkil olunacaq.
Formula-1 üzrə Azərbaycan Qran-Prisi payızda keçirilə bilər
21 iyun 2023 23:32 (UTC +04:00)
Digər növlər
Fələstin Futbol Federasiyası FİFA-dan İsrailin üzvlüyünü dayandırmağı tələb edir
09:16
17 may 2024
Pərviz Qasımov: "Azərbaycan komandası ilk dəfə olaraq Avropa ölkələri arasında birinci yerə çıxdı"
02:58
7 may 2024
Bodibildinq üzrə Avropa çempionu və komanda üzvləri Vətənə qayıdıblar - FOTO - VİDEO
02:08
7 may 2024
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
17:35
6 may 2024