Bank Of Baku

“Formula 1” üzrə Monako Qran-prisində qəza olub, yarış dayanıb

“Formula 1” üzrə Monako Qran-prisində qəza olub, yarış dayanıb
# 29 may 2022 21:24 (UTC +04:00)

Mixael Şumaxerin oğlu, almaniyalı yarışçı Mik Şumaxer Monakoda keçirilən “Formula 1” yarışının növbəti mərhələsi zamanı qəza keçirib.

APA xəbər verir ki, pilot avtomobilini beton səddə çırpıb.

Pilotun özü xoşbəxtlikdən xəsarət almasa da avtomobili iki yerə parçalanıb.

Dərhal trasa təhlükəsizlik maşını daxil olub və yarış dayandırılıb.

Xatırladaq ki, bu yeddiqat çempion Mixael Şumaxerin 23 yaşlı oğlu Mik Şumaxerin “Formula 1”-də ikinci mövsümüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR