“Formula-1”in keçiriləcəyi bəzi yollar bu gecədən bağlanacaq

“Formula-1”in keçiriləcəyi bəzi yollar bu gecədən bağlanacaq
# 20 aprel 2023 11:26 (UTC +04:00)

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən APA-ya verilən xəbərə görə, 20 aprel gecə 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR