Bank Of Baku

“Formula-2”: 2 bolid yararsız hala düşüb

“Formula-2”: 2 bolid yararsız hala düşüb
# 12 iyun 2022 11:44 (UTC +04:00)

“Formula-2” üzrə Azərbaycan Qran-prisində ikinci qəza yaşanıb.

Apasport.az saytının məlumatına görə, hadisə 12-ci döngədə baş verib.

Roy Nissani (“Dams”) və Cem Bölükbaşının (“Çaruz”) idarə etdiyi bolidlər əvvəlcə bir-birlərinə dəyiblər, sonra baryerə çırpılıblar. Nəticədə hər iki bolid yararsız hala düşüb.

Qeyd edək ki, bundan əvvəl Olli Kalduell (“Kampos”) və Amauri Kordell (“Van Amersfoort”) toqquşaraq treki tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR