“Formula-2” üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.
Apasport.az saytının məlumatına görə, hadisə birinci sərbəst yürüş zamanı yaşanıb.
“Trident” komandasının pilotu Marina Sato 15-ci döngədə səddə dəyərək idarəetməni itirib. Nəticədə bolidinin təkəri sıradan çıxıb və pilot yarışı dayandırmalı olub.