"Formula 2" üzrə Azərbaycan "Qran-pri"sində qəza olub

"Formula 2" üzrə Azərbaycan "Qran-pri"sində qəza olub
# 13 sentyabr 2024 13:55 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan "Qran-pri"sinə start verilib.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə "Formula 2" pilotu qəza törədib.

"Formula 2" komandalarının sərbəst yürüşü zamanı "MP Motorsport" komandasının pilotu Oliver Götenin idarə etdiyi bolid səddə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb. Avtomobil trasdan çıxarılıb.

Qeyd edək ki, yarışın ilk günündə "Formula 1" və "Formula 2" komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR