Formula 2 üzrə əsas yarışın qalibləri mükafatlandırılıb

Formula 2 üzrə əsas yarışın qalibləri mükafatlandırılıb
# 30 aprel 2023 12:55 (UTC +04:00)

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə əsas yarışın qalibləri mükafatlandırılıb.

APA xəbər verir ki, mükafatları gənclər və idman nazirinin müavini Mariana Vasileva və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Qeyd edək ki, yarışda "Prema Racing"in pilotu Oliver Bearman qalib olub. Əsas yarışda "Rodin Carlin"dən Enzo Fittipaldi ikinci, "Art Grand Prix"dən Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR