“Formula-2” üzrə sprint yarışında növbəti qəza baş verib.
Apasport.az saytının məlumatına görə, Riçard Verşur son dövrə öncəsi xoşagəlməz hadisə ilə üzləşib.
“Trident”in pilotu təhlükəsizlik maneəsinə çırpılaraq bolidini yararsız hala salıb. Bu, sarı bayrağın qaldırılmasına səbəb olub.
Qeyd edək ki, ona qədər Enzo Fittipaldi (“Çaruz”) və Dennis Xauqer (“Prema”) də qəza törədib.