Bank Of Baku

İslam Həmrəyliyi Oyunlarında azərbaycanlı idmançı gümüş medal qazanıb

Ağırlıqqaldırma üzrə idmançı Ravin Alməmmədov

© APA | Ağırlıqqaldırma üzrə idmançı Ravin Alməmmədov

# 10 noyabr 2025 18:26 (UTC +04:00)

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma üzrə yarışlarda idmançımız Ravin Alməmmədov (79 kq) birdən qaldırma hərəkətində 155 kq nəticə ilə gümüş medal qazanıb.

Apasport.az verir ki, Ravin daha sonra təkanla qaldırmada da 190 kq çəkinin öhdəsindən gələrək bürünc medala yiyələnib.

Beləliklə, ümumi nəticəyə əsasən, idmançımız 345 kq göstərici ilə yarışı 2 gümüş və 1 bürünc medalla başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR