Kişilər arasında su polosu üzrə Avropa çempionatı İsraildə keçirilməyəcək

Kişilər arasında su polosu üzrə Avropa çempionatı İsraildə keçirilməyəcək
# 05 noyabr 2023 19:04 (UTC +04:00)

Kişilər arasında su polosu üzrə Avropa çempionatı 2024-cü ildə İsraildə keçirilməyəcək.

APA-nın xəbərinə görə, bu barədə Avropa Üzgüçülük Liqası müvafiq qərar qəbul edib.

Turnir gələn il yanvarın 3-dən 16-dək Netaniyada keçirilməli idi.

Avropa Üzgüçülük Liqası 2024-cü ildə kişilər arasında su polosu üzrə Avropa çempionatının hansı ölkədə keçiriləcəyi barədə hələ qərar verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR