Krakov-2023: Atıcılarımız finala yüksələ bilməyib

Krakov-2023: Atıcılarımız finala yüksələ bilməyib
# 22 iyun 2023 17:34 (UTC +04:00)

Krakov-2023 III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın daha iki təmsilçisi mübarizəni dayandırıb.

Qadınların 10 m məsafədən tapança ilə atəş açma yarışında iki snayperimiz hədəfi nişan alıb. Təsnifat mərhələsində 565 xal toplayan Nigar Nəsirova 25-ci yeri tutub.

Nəzrin Abbaslı isə 557 xalla kifayətlənib. O, 38 iştirakçı arasında 35-ci olub. Hər iki idmançımız finaldan kənar qalıb.

Qeyd edək ki, finala ən yaxşı 8 atıcı yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR