Millimizin sabiq üzvü həbs edilib

Millimizin sabiq üzvü həbs edilib
# 27 fevral 2024 15:44 (UTC +04:00)

Azərbaycanın sabiq yunan-Roma güləşçisi Cabbar Yusifi Rusiyada həbs edilib.

Apasport.az TASS-a istinadla xəbər verir ki, millimizin keçmiş üzvü 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ilin martında saxlanılan Cabbar Yusifi İnterpolun axtarışında olub. Rusiya onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarışa verib.

Qeyd edək ki, Cabbar Yusifi daha əvvəl Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR