Nihat Məmmədli: Azərbaycan bayrağını dalğalandırmaq çox qürurverici hisdir

Nihat Məmmədli: Azərbaycan bayrağını dalğalandırmaq çox qürurverici hisdir
# 30 oktyabr 2024 22:37 (UTC +04:00)

“Azərbaycan bayrağını dalğalandırmaq çox qürurverici hisdir. Özümə inanırdım. İlk dəfə idi ki, beynəlxalq arenada 63 kq-da çıxış edirdim. Çətin görüşlərimin olacağını bilirdim. Amma özümə bunu hazır etmişdim”.

Bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli APA-ya açıqlamasında deyib.

“Şükür ki, zəhmətimiz yerdə qalmadı. Mən və komandamız yaxşı nəticələr əldə etdik. Bu ilki hədəfim olimpiya çempionluğu idi. Qismət olmadı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR