Bank Of Baku

Təmsilçimiz Çində keçirilən Dünya Oyunlarının tamblinq yarışlarında 2-ci yeri tutub

Təmsilçimiz Çində keçirilən Dünya Oyunlarının tamblinq yarışlarında 2-ci yeri tutub
# 10 avqust 2025 19:00 (UTC +04:00)

Tofiq Əliyev Çində keçirilən Dünya Oyunlarının tamblinq yarışlarında 2-ci yeri tutaraq gümüş medal qazanıb və Azərbaycanın medal sayını artırıb.

Apasport.az xəbər verir ki, təmsilçimiz 30,500 xal toplayıb və finalda ABŞ-dan olan Keyden Brauna uduzub.

Bürünc medal isə britaniyalı Fred Tiqa qismət olub.

Hazırda Azərbaycan komandasının hesabında 3 gümüş medal var. Dünən karateçi İrina Zaretskaya və akrobatika üzrə duet — Daniyel Abbasov və Murad Rəfiyev də medal qazananlar sırasında olublar.

Qeyd edək ki, avqustun 17-dək davam edəcək Oyunlarda Azərbaycan 6 idman növündə - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növlərində 14 idmançı (11 kişi, 3 qadın) ilə təmsil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR