Biz idmanın gücündən gender bərəbarəliyinin təşviqi, sosial iqtidai inkişaf üçün istifadə etməliyik.
APA xəbər verir ki, bunu Bakıda keçirilən MINEPS konfransında iştirak edən UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos jurnalistlər açıqlamasında deyib.
O deyib ki, ümumilikdə bu, qlobal bir idman konfransıdır:
“Biz Azərbaycanla bu konfransın keçirilməsi üçün bir müddətdir ki, işləyirik. Bu konfrans vasitəsilə vermək istədiyimiz mesaj ondan ibarətdir ki, bütün dünyada idmanın gücündən sosial iqtisadi inkişaf üçün, gender bərbarəliyinin təşviqi üçün istifadə etməliyik.
Biz Bakıda keçirilən MINEPS konfransının nəticələri çərçivəsində müttəfiqlik yaradacağıq. Azərbaycanda bu konfransın keçirilməsinin səbəbi ölkənin güclü liderliyi, ölkədəki imkanlarla bağlıdır. Bu tədbirə bir çox tərəfdaşlar, ölkələr, idman sahəsində olan biznes tərəfdaşları, idamçılar maraq göstərib.
Hesab edirəm ki, Azərbaycan günü-gündən daha çox idman tədbirlərinə ev sahibliyi edir. Bu tədbir Parisdə keçiriləcək Olimpiya oyunları, Seneqalda keçiriləcək beynəlxalq yarışlar, Çilidə keçiriləcək Pan-Amerika Olimpiya oyunları və digər ölkələrdə keçiriləcək mötəbər idman tədbirləri üçün təmaslar qururuq. Mən həmçinin ümid edirəm ki, biz idman üçün fondun təsis barədə razılığa gələcəyik".
O deyib ki, UNESCO idmanı da mədəniyyət və təhsil kimi təşviq edir:
"Üzləşdiyimiz bir sıra böhranlar üçün idmanın cavabı var. Biz UNESCO olaraq idmanın da mədəniyyət və təhsil kimi gündəlikdə olmasını istəyir bunu təşviq edirik".
O, idman sahəsinə investisiyanın qoyulmasının vacibliyini vurğulayaraq bunun üçün ölkələrə çağırış edib.
Xanım Ramos çıxışında idmanda gender bərabarliyinə toxunaraq daha çox qadının idmanda təmsil olunmasını vurğulayıb. UNESCO rəsmisi həmçinin konfransın gündəliyinə toxunub və deyib ki, bir neçə gün davam edəcək bu konfransda vacib məqamlar müzakirə olunacaq.