Bank Of Baku

Boksçumuz İslamiadaya qələbə ilə başlayıb

Boksçumuz İslamiadaya qələbə ilə başlayıb
# 12 may 2017 13:05 (UTC +04:00)

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, turnirin rəsmi açılış günündə bir boksçumuz rinqə çıxıb.

 

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov ilk döyüşünü keçirib. İkiqat dünya çempionumuz mübarizəyə 1/8 final mərhələsindən start verib. Qazaxıstanlı Nurlan Saparbayı sınağa çəkən boksçumuz asan qələbə qazanıb. 5 hakimin hər biri yekdilliklə üstünlüyü Məcidova verib - 5:0. 

 

O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Qarşılaşma mayın 15-də olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR