Bank Of Baku

İslamiada: Azərbaycan üzgüçüsü qızıl medal qazanıb

İslamiada: Azərbaycan üzgüçüsü qızıl medal qazanıb
# 21 may 2017 16:43 (UTC +04:00)

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.

 

 Apasport.az saytının məlumatına görə, budəfəki medalımızın əyarı qızıl olub.

 

Qadınlar arasında suyatullanmanın 3 metr tramplin növündə hamıdan güclü olan üzgüçümüz Olqa Bıkovskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

O, türkiyəli Seli Yaprak Keskin və indoneziyalı Linar Beytilyananı geridə qoyub.

 

Qeyd edək ki, bu, millimizin 68-ci qızıl, ümumilikdə isə 138-ci medalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR