İslamiada: Basketbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

İslamiada: Basketbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb
# 26 aprel 2017 14:12 (UTC +04:00)

Basketbolun 3X3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Samit Nuruzadə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında güvənəcəyi heyəti müəyyənləşdirib.

Gənc çalışdırıcı İslamiadada 2 yerli və 2 legioner oyunçuya güvənəcək. Belə ki, Nuruzadə 1 il öncə Avropa çempionatında ümidləri doğrultmayan “dördlüy”ə yenidən dəvət göndərib. O, Oyunlar üçün Amil Həmzəyev, Zaur Paşayev, David Barbakadze və Marşall Mozesi sifariş edib.

Qeyd edək ki, Azərbaycan İslamiadada A qrupunda yer alıb. Komandamız mayın 18-də start götürəcək yarışda Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistanla gücünü yoxlayacaq. Yarışın qalibi mayın 21-də bilinəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR