Bank Of Baku

İslamiada: Karateçimiz Roman Heydərov Azərbaycana 13-cü qızıl medal qazandırıb

İslamiada: Karateçimiz Roman Heydərov Azərbaycana 13-cü qızıl medal qazandırıb
# 14 may 2017 16:49 (UTC +04:00)

Bu gün Azərbaycan karateçisi Roman Heydərov “Bakı-2017” IV Avropa Oyunlarının finalında qalib gələrək milli komandamızın 13-cü qızıl medalını qazanıb.

 

APA-nın məlumatına görə, R.Heydərov kata yarışının finalında türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə məğlub edib.

 

Bürünc medalların sahibləri misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi olub.  

 

Qeyd edək ki, R. Heydərov səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yuda 4:1, dörddəbir finalda iranlı Şahyerdi Əbolfaziyə 3:2, yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabara 5:0 hesabı ilə qalib gəlib.

 

R. Heydərov yeniyetmə və gənclər arasında dünya kubokunun qalibi, Avropa çempionatının ikiqat bürünc medalçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR