İslamiada: Rəqibimiz Bakıya gətirəcəyi heyəti müəyyənləşdirib

İslamiada: Rəqibimiz Bakıya gətirəcəyi heyəti müəyyənləşdirib
# 26 aprel 2017 14:17 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Qırğızıstan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi üçün cəmi 9 oyunçu sifariş verib.

Komandanı paytaxtımızda oyunlara Əbdulhəmid Aysahodjiyev çıxaracaq. O, İslamiadada cəmi 3 hücumçunun və 1 liberonun köməyindən istifadə edəcək. Həmçinin qırğızların heyətində 2 toppaylayıcı və 3 blokçu yer alacaq. Bu oyunçuların yarıdan çoxu isə “Salam-Alik” klublarının üzvləridi.

Toppaylayıcılar: Anastasiya İltner, Mədinə Mirlanqızı (hər ikisi “Salam-Alik”);

Hücumçular: Yuliana Morozova (“Dordoy-Namıs”); Nailə Əliyeva (“Salam-Alik”), Altınay Samatqızı (“Ular”);

Blokçular: Marina Qrişayeva, Anastasiya Yevolenko (hər ikisi “Salam-Alik”), Aydana Abdıkadırqızı (“Qorod Oş-Datka”);

Libero: Aliyə Şumkarbekova (“Salam-Alik”);

Qeyd edək ki, İslamiadada Azərbaycan, Qırğızıstan, Türkiyə, Kamerun və Tacikistan mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR