Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb - FOTO

 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb  - FOTO
# 11 sentyabr 2022 00:35 (UTC +04:00)

Zabit Səmədov peşəkar karyerasında son döyüşünü keçirib.

Apasport.az saytının məlumatına görə, 38 yaşlı kikboksçu Milli Gimnastika Arenasında təşkil olunan vida döyüşü gecəsində qüvvəsini sınayıb.

O, braziliyalı Antonio Silva ilə qarşılaşıb. Döyüş 1-ci raundda başa çatıb.

Sabiq UFC döyüşçüsü Zabitin zərbələri qarşısında tab gətirməyib. Cənubi amerikalını nokauta salan idmançımız kəmərə sahib çıxıb.

Qeyd edək ki, Səmədov 24 illik karyerasında 113 döyüşə çıxıb və 38-i nokautla olmaqla 103 qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR