Bank Of Baku

Şeyxülislam Hacı Allahşükür Paşazadə Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbərini qəbul edib

Şeyxülislam Hacı Allahşükür Paşazadə Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbərini qəbul edib
# 22 iyul 2008 10:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə öz iqamətgahında Bakıda səfərdə olan Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri, ravvin Abraham Kuperi qəbul edib. APA-nın məlumatına görə, görüşdə çıxış edən QMİ sədri Azərbaycanda tolerantlığın ən yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycanda dini dözümlülük ən yüksək səviyyədədir, ən müxtəlif dini konfessiyaların nümayəndələri burada sərbəst şəkildə bir yerdə yaşayır, dini ibadətlərini yerinə yetirirlər. Bütün dini ibadətgahların sərbəst fəaliyyətinə şərait yaradılıb, ölkədə sinaqoqlar, kilsələr, məbədlər tikilir və ən müxtəlif dinlərə tapınan insanlar burada öz dini ayinlərini sərbəst şəkildə icra edirlər. Bu baxımdan Azərbaycan bütün dünya üçün əsl tolerantlıq nümunəsi sayıla bilər”. Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda dağ yəhudiləri icması üçün yeni sinaqoqun tikiləcəyini bildirib və bu tikinti üçün köməyini əsirgəməyəcəyini vurğulayıb. Los-Ancelesdə çoxsaylı erməni icmasının yaşadığını deyən Hacı Allahşükür Paşazadə bu icmanın Azərbaycana qarşı aktiv fəaliyyət apardığını deyib: “Los-Ancelesdə yaşayan ermənilər ola bilsin ki, Azərbaycanla bağlı yanlış məlumata malikdirlər. Onlara həqiqətləri başa salmaq lazımdır. Bunun üçün erməni ruhani dairələri ilə görüşməyə hazıram. Onlarla hətta kilsədə belə görüşərəm, əsas məsələ odur ki, onlara həqiqətləri başa salaq”. Görüşdə çıxış edən müxtəlif dini konfessiyaların rəhbərləri Azərbaycanda dini tolerantlığın ən yüksək səviyyədə olduğuna dair müxtəlif misallar çəkiblər. Görüşün sonunda səmimi qəbula görə təşəkkür edən ravvin Abraham Kuper ölkəmizdə ən müxtəlif dini icmaların bir yerdə sərbəst yaşadığını müşahidə etdiyini görməkdən məmnunluq duyduğunu dilə gətirib. Daha sonra tərəflər bir-birlərinə qarşılıqlı şəkildə hədiyyə təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR