Bank Of Baku

Azərbaycanda 5 erməni qriqoryan kilsəsi var

Azərbaycanda 5 erməni qriqoryan kilsəsi var
# 23 iyul 2008 13:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda 5 erməni qriqoryan kilsəsi var. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova Bakıda səfərdə olan Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri, ravvin Abraham Kuperlə görüşündə bildirib. Komissiya sədri erməni kilsələrindən birinin Bakı şəhərinin mərkəzində yerləşdiyini deyib. Azərbaycandakı tolerantlıqdan danışan R. Aslanova ölkədə 5 yəhudi sinaqoqunun, 5 rus pravoslav kilsəsinin, 5 gürcü pravoslav kilsəsinin, 1 alman lüteran kilsəsinin, 1 yeni apostol kilsəsinin və digər ibadət ocaqlarının fəaliyyət göstərdiyini də diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR