Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsinin sədri ABŞ-da keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri ABŞ-da keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
# 25 iyul 2008 13:16 (UTC +04:00)
Bakı – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 26-da ABŞ-a səfər edəcək. QMİ-dən APA-ya verilən məlumata görə, Şeyxülislam ABŞ-ın nüfuzlu Yel Universitetində iyulun 28-dən 31-dək keçiriləcək “Yaradana və qonşuya məhəbbət: sözdə və əməldə” mövzusunda beynəlxalq konfransa qatılacaq. QMİ sədri Yel Universiteti ilə İordaniyanın Al-əl Beyt Fikir müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda müxtəlif din nümayəndələrinin dinc birgəyaşayış, faydalı əməkdaşlıq məkanı olan tolerantlığın hökm sürdüyü Azərbaycanda üç dini konfessiya – İslam, xristian və yəhudi dinləri arasında bütün dünya üçün örnək ola biləcək münasibətlər barədə məruzə ilə çıxış edəcək. O, səfər çərçivəsində ABŞ-da yaşayan müsəlman, xristian və yəhudi dini icmalarının rəhbərləri ilə görüşəcək, onları Azərbaycanda mövcud dini tolerantlıq barədə məlumatlandıracaq. QMİ sədrinin səfər müddətinə BMT rəhbərliyi ilə görüşü də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR