Bank Of Baku

Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq İslam Xalq Bürosu baş katibliyinin illik sessiyasında iştirak edib

Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq İslam Xalq Bürosu baş katibliyinin illik sessiyasında iştirak edib
# 01 avqust 2008 14:16 (UTC +04:00)
Bakı – APA. Liviyanın paytaxtı Tripoli şəhərində Beynəlxalq İslam Xalq Bürosu baş katibliyinin illik hesabat sessiyası keçirilib. APA-nın məlumatına görə, islam təşkilatları rəhbərlərinin, dünyanın tanınmış elm və din xadimlərinin qatıldığı sessiyada Azərbaycanı katibliyin üzvü, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və onun birinci müavini Salman Musayev təmsil edib. Sessiyada A. Paşazadənin Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsini, dini sahədə tolerantlıq mühitinin hökm sürdüyünü özündə ehtiva edən məruzəsi iştirakçıların diqqətinə çatdırılıb və böyük marağa səbəb olub. Liviyanın dövlət başçısı Müəmmər Qəddafi toplantı iştirakçılarını rəsmi iqamətgahında qəbul edib və onlarla fikir mübadiləsi aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR