Bank Of Baku

Hacı Allahşükür Paşazadə ABŞ-da keçirilmiş beynəlxalq konfransda Azərbaycanın tolerant ölkə olduğunu bəyan edib

Hacı Allahşükür Paşazadə ABŞ-da keçirilmiş beynəlxalq konfransda Azərbaycanın tolerant ölkə olduğunu bəyan edib
# 07 avqust 2008 11:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Amerikaya səfərinin yekunlarına həsr olunan mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, A. Paşazadə səfər zamanı İordaniyanın «Al əl-Beyt» İslam Fikri Akademiyası və ABŞ-ın nüfuzlu Yell Universitetinin birgə təşkilatçılığı ilə keçirilən «Allaha və qonşuya məhəbbət sözdə və əməldə: Bu müsəlmanlara və xristianlara nə verir?» mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etdiyini deyib. Dünyanın 50-dən çox ölkəsindən 125-dək tanınmış din, dövlət və elm xadiminin qatıldığı konfransda çıxış edən A. Paşazadə tolerantlıq ənənəsinin Azərbaycanda qədim köklərə malik olduğunu bildirib. Digər millət və din nümayəndələri kimi, ermənilərə də Azərbaycanda bərabər hüquqlu vətəndaşlar kimi yanaşıldığını konfrans iştirakçılarının nəzərinə çatdıran şeyx ermənilərin monoetnikliyə can atdıqlarını və separatçılılığa meyl etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfər çərçivəsində QMİ sədri ABŞ senatının üzvü Con Kerri, BMT-nin xüsusi nümayəndəsi İbrahim Qəmbər, «Vicdana çağırış» Fondunun prezidenti, tanınmış din xadimi Ravin Artur Şnayer və digər şəxslərlə də görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR