Bank Of Baku

Sentyabrın 1-dən Ramazan ayı başlayır

Sentyabrın 1-dən Ramazan ayı başlayır
# 13 avqust 2008 11:38 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Sentyabrın 1-dən Ramazan ayı başlayır. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib. Məlumata görə, müsəlman dünyasının müqəddəs ayı hesab olunan Ramazan 30 gün davam eləyir.

Ramazan ayının 19, 21, 23, 25 və 27-ci gecələrindən biri Qədr gecəsinə təsadüf edir. QMİ-dən Qədr gecəsinin Ramazan ayının başa çatmasına 10 gün qalmış, tək günlərdən birinə düşdüyü qeyd olunub. Ramazan ayının başa çatması isə ayın görünməsindən asılı olaraq sentyabrın 30-u və ya oktyabrın 1-nə təsadüf edəcək.

Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar olaraq QMİ-nin Qazilər Şurası fətva verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR