Bank Of Baku

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib
# 15 avqust 2008 10:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət komitəsindən APA-ya daxil olan məlumata görə, H. Orucov qonaqlara ölkədəki dini vəziyyət barədə ətraflı məlumat verib, yəhudilərin uzun əsrlər Azərbaycanda yaşadığını, burada heç vaxt xalqlararası, millətlərarası ayrı-seçkilik hallarının olmadığını bildirib: “Azərbaycan dövləti üçün bütün dinlər eynidir. Azərbaycanda dövlət qeydiyyatından keçmiş 32 qeyri-islam dini icmasından 8-i yəhudi icmasıdır”.
Qonaqlar Azərbaycandakı millətlərarası və dinlərarası münasibətlərin, tolerantlıq mühitinin təkcə region üçün deyil, bütün dünya üçün nümunə ola biləcəyini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR