Bank Of Baku

Naxçıvandakı «Əshabi-Kəhf» ziyarətgahında ərzaq məhsullarından istifadə qadağan edilib

Naxçıvandakı «Əshabi-Kəhf» ziyarətgahında ərzaq məhsullarından istifadə qadağan edilib
# 22 avqust 2008 11:17 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvanda «Əshabi-Kəhf» ziyarətgahında ərzaq məhsullarından istifadəyə qadağa qoyulub. APA-nın məlumatına görə, artıq ziyarətçilər tərəfindən burada yemək məclislərinin qurulmasına, ziyarətgahda kəsilən qurbanlıqdan kabab çəkilməsinə və indiyədək ənənə şəklini almış bu kimi hallara icazə verilmir. Ziyarətçilərə yalnız çay süfrəsi açılmasına imkan verilir ki, bu da ziyarətgahın nəzarət-xidmətçi qrupu tərəfindən həyata keçirilir.

Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən qadağalara səbəb kimi, «Qurani-Kərim»də adıçəkilən bu müqəddəs məkanda İslam dini nöqteyi-nəzərindən yemək məclislərinin təşkilinin məqsədəuyğun olmadığı göstərilib. Qadağanın digər səbəbi isə antisanitariya ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR