Bank Of Baku

Vəhhabi təriqətinə mənsub şəxslərin Aşurbəy Məscidində namaz qılmasına imkan verilməyib

Vəhhabi təriqətinə mənsub şəxslərin Aşurbəy Məscidində namaz qılmasına imkan verilməyib
# 29 avqust 2008 11:46 (UTC +04:00)
Namaz vaxtı həm Milli Park, həm də İçərişəhərin ayrı-ayrı küçələri ilə məscidə yaxınlaşan dindarlar ərazidən uzaqlaşdırılıb. Polislər Aşurbəy Məscidində yer olmadığını əsas gətirərək, burada namaz qılmağın mümkün olmadığını bildiriblər. Həm polislər, həm də ərazidə olan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşları onlara Göy Məscid və ya Bibiheybət Məscidinə getməyi məsləhət görüblər. Vəhhabilər dəfələrlə məscidə girməyə cəhd etsələr də, polislər buna imkan verməyiblər. Namaz bitdikdən sonra isə ərazidə sakitlik yaranıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təmsilçisi Gündüz İsmayılov APA-ya bildirib ki, dindarların məscidə buraxılmamaları onların vəhhabi təriqətə mənsub olmaları ilə əlaqədar deyil: ““Əbu Bəkr” məscidində baş verən hadisədən sonra məscidlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Yalnız məscidlərin içərisində namaz qılmağa icazə verilir. Bir neçə gün idi ki, Aşurbəy Məscidinin ətrafında və yolda da namaz qılınırdı. Lakin bu, ən azı təhlükəsizlik baxımından düzgün deyil. Paytaxtda digər məscidlər var və bu insanlar istədikləri məsciddə namaz qıla bilərlər. Biz bu tədbirləri yalnız təhlükəsizlik məqsədi ilə həyata keçiririk”.

G. İsmayılov polisin əraziyə komitə tərəfindən çağırılmadığını da qeyd edib: “Onlar, sadəcə, öz vəzifələrini yerinə yetirib, təhlükəsizlik tədbirləri görürlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR