Bank Of Baku

Naxçıvandakı «Came» məscidi fəaliyyətini bərpa edib

Naxçıvandakı  «Came» məscidi fəaliyyətini bərpa edib
# 01 sentyabr 2008 08:09 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan şəhər «Came» məscidi fəaliyyətini bərpa edib. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə qəza vəziyyəti ilə bağlı üç il aparılan restavrasiya ilə əlaqədar fəaliyyətini dayandıran məscid artıq istifadəyə verilib. İdarəsinin baş mühəndisi Azər Nəsirli bildirib ki, ötən müddət ərzində XVIII-XIX əsrlərə aid edilən qədim tikilidə bərpa və tərtibat işləri elmi əsaslarla, klassik Şərq üslubunda aparılıb.
Qeyd edək ki, ümumi sahəsi 1000 kvadratmetr olan «Came» məscidi XVIII-XIX əsrlərdə Hüseyn Təbrizi tərəfindən inşa edilib. Sözügedən bina 2000-ci ildən Naxçıvan şəhər məscidi kimi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR