Bank Of Baku

Milli Məclisin komissiya sədri: ““Dini etiqad azadlığı haqqında” qanunun dəyişdirilməsinə ehtiyac yoxdur”

Milli Məclisin komissiya sədri: ““Dini etiqad azadlığı haqqında” qanunun dəyişdirilməsinə ehtiyac yoxdur”
# 02 sentyabr 2008 10:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Azərbaycanda heç bir dini qrupun, o cümlədən vəhhabilərin problemə çevrilmək təhlükəsi yoxdur. Bu tam gerçəklikdir. Ölkədə hər bir kəsə dini etiqad azadlığını təmin etmək hüququ verilib”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib. Parlamentin komissiya sədri ölkədə fəaliyyət göstərən hansısa dini qrupun fəaliyyətinin xof kimi qiymətləndirilməsinin düzgün olmadığını deyib.

R. Aslanovanın sözlərin görə, hansısa dini qrupun üzvlərinin sayının artması və sonradan ölkə üçün təhlükəyə çevrilə biləcəyi ilə bağlı narahatçılığa əsas yoxdur: “Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma olmayıb”. “Əbu Bəkr” məscidində baş vermiş partlayışa toxunan R. Aslanova bu hadisəni dindarlara hörmətsizlik kimi qiymətləndirib: “Həmin hadisəni törədən cinayətkarın tapılması zəruri və vacibdir”.

“Dini etiqad azadlığı haqqında” qanunun yenidən qəbulu və ya dəyişdirilməsinə gəlincə, komissiya sədri hazırda buna ehtiyac görmədiyini bildirib: “Bu qanunda olan müddəalar Azərbaycanda mövcud olan dini icmaların normal fəaliyyət göstərməsinə imkan verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR