Bank Of Baku

“Əbu Bəkr” məscidinin bağlanması xahişi ilə Azərbaycan prezidentinə müraciət olunub

“Əbu Bəkr” məscidinin bağlanması xahişi ilə Azərbaycan prezidentinə müraciət olunub
# 08 sentyabr 2008 14:47 (UTC +04:00)
Sakinlər APA-ya göndərdikləri müraciətlərində artıq bir neçə ildir, el arasında “Əbu Bəkr” kimi tanınan (Cümə məscidi), vəhhabi təriqətinə mənsub şəxslərin toplaşdığı məscidin fəaliyyəti nəticəsində rahatlıqlarının pozulduğu bildirirlər: “Ailələrimiz, qocalar, körpələr daim qorxu altında yaşayırlar, həmin şəxslərin kütləvi toplaşması və avtomobillərinin yaratdığı tıxaclar səbəbindən evdən küçəyə çıxmağa belə imkan yoxdur. Sakinlər xəstələndikləri halda hətta təcili yardım maşını küçəyə girə bilmir. Yanğın və təbii fəlakət baş verərsə, bu, kütləvi qırğına səbəb olacaq. Bundan başqa, vəhhabi təriqətə mənsub şəxslər övladlarımızı təsirləri altına salır, onları öz tərəflərinə çəkirlər. Bir sözlə, bu məscidin fəaliyyəti vətəndaşlara və dövlətin təhlükəsizliyinə, sabitliyə əngəldir. Bunları nəzərə alaraq, məscidin bir daha fəaliyyət göstərməməsi barədə göstəriş verməyinizi xahiş edirik”.

Müraciəti 70-dək sakin imzalayıb. Sənədin imzalanması prosesi davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR