“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov: “Dini icmamız fəaliyyətini dayandırıb”
11 sentyabr 2008 10:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözlər “Əbu Bəkr” kimi tanınan “Cümə” məscidində fəaliyyət göstərən “Nərimanov rayon dindarları dini icması”nın rəhbəri Qamət Süleymanovun bu gün yayılan açıqlamasındandır. O, rəhbərlik etdiyi dini icmanın 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçdiyini və hüquqi fəaliyyət göstərdiyini deyib.
Q. Süleymanov icmanın heç bir siyasətə qarışmadığını da diqqətə çatdırıb: “Dini icmamızın fəaliyyətinə cəmiyyətimizdə mənəvi dəyərlərin zənginləşdirilməsi, gənclərdə vətənə, dövlətə sədaqət aşılanması kimi dəyərlər də daxildir. Məhz bu kimi səbəblərdən radikal qrupların hədəf mərkəzinə çevrilmişik”.
Q. Süleymanov “Əbu Bəkr” məscidində bu ilin 17 avqustunda törədilən terror aktı ilə bağlı KİV-də vaxtaşırı məlumatların yer aldığını, həmin məlumatların bir qisminin balanslaşdırılmamış, qərəzli olduğunu bildirib: “Guya məscidin yerləşdiyi küçənin 1000 nəfərədək sakini məscidin birdəfəlik bağlanmasını istəyir. Şikayətin “səbəbi” kimi küçənin natəmizliyi və “Əbu Bəkr” məscidinin təhlükəli olduğu göstərilir. Əvvəla sakinlər tərəfindən bir dəfə də məscidimizə şikayət daxil olmayıb. Əgər hər hansı narahatlıq olsaydı, 10 illik fəaliyyətimiz ərzində heç olmazsa bir nəfər tərəfindən narazılıq bildirilərdi”.

Din
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminarın açılışı olub - FOTO
14:33
23 sentyabr 2024
Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış edib
15:30
21 sentyabr 2024
Allahşükür Paşazadə Moskvada XX Beynəlxalq Müsəlman Forumunda çıxış edib - FOTO
14:51
21 sentyabr 2024
Allahşükür Paşazadə Patriarx Kirillə Qarabağ xalçası bağışlayıb
21:29
19 sentyabr 2024