Azərbaycan prezidenti Şeyxülislamın açdığı iftar süfrəsi ilə bağlı mərasimdə iştirak edib
Məscid və ziyarətgahların bərpası sahəsində ardıcıl tədbirlər həyata keçirildiyini vurğulayan Şeyx Bibiheybət ziyarətgahının, İçərişəhər Cümə məscidinin bərpasının artıq başa çatdığını, Təzəpir, Əjdərbəy məscidlərində, eləcə də digər məscidlər, dini ocaqlar, həmçinin sinaqoq və kilsələrdə tikinti-bərpa işlərinin aparıldığını söyləyib.
Şeyx onu da qeyd edib ki, Azərbaycanda əhalinin böyük əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, digər konfessiyaların mənsublarına bərabər şərait yaradılır, onların öz inanc və etiqadlarına uyğun yaşamaları üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülür.
Şeyxülislam bütün bunlara baxmayaraq, Azərbaycanı, ölkədəki inkişafı və bölgənin lider dövlətinə çevrilməsini istəməyən, hər vəchlə bunun qarşısını almağa çalışan qüvvələrin varlığından xəbərdar olduqlarını da bildirib: “Təəssüf ki, bu qüvvələr qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün din amilindən istifadə etməkdən, dinlər və məzhəblər arasında qarşıdurma yaratmaqdan da çəkinmirlər. Sizi əmin edirik ki, rəhbərliyiniz altında sürətlə inkişaf edən dövlətimizi öz yolundan döndərmək, cəmiyyətdəki ictimai-siyasi sabitliyi pozmaq, eləcə də dini durumda və bu cəmiyyətin fəal qüvvəsi olan dindarlar arasında gərginlik yaratmaq cəhdləri Yaradanın köməyi ilə əsla baş tutmayacaq. Biz inanırıq ki, inşallah, Zati-alilərinizin doğma Azərbaycanımızla bağlı bütün arzuları və ideyaları reallaşacaqdır. Ulu öndər Heydər Əliyevin arzuladığı kimi, Qarabağ düyünü açılacaq, Azərbaycanın ərazi bütövlüyü Sizin rəhbərliyinizlə təmin olunacaq”.
Mərasim iştirakçıları qarşısında çıxış edən prezident İlham Əliyev Ramazan ayında belə görüşün ənənəyə çevrildiyini vurğulayıb.
Müstəqillik illərində ölkənin qarşılaşdığı sınaqlardan danışan prezident “Azərbaycan xalqı sübut etdi ki, özü öz müqəddəratını müəyyən edə bilər, özü seçdiyi yolla uğurla gedə bilər və qarşıda duran problemlərin həlli işində çox uğurlu addımlar ata bilər” deyib.
Müstəqilliyin əsasının məhz 1993-cü ildə qoyulduğunu deyən dövlət başçısı 1991-ci ildən Azərbaycanın müstəqil ölkə kimi yaşadığını, lakin ilk illərdə faktik olaraq ölkənin gələcək müstəqil həyatının şübhə altına salındığını da vurğulayıb.
Son beş ildə görülən işlərdən danışan prezident ölkənin problemlərinin həllinə səy göstərdiyini, bütün sahələrdə olan problemləri tezliklə həll etməyə çalışdığını deyib: “ “Son beş ildə elə hal olmayıb ki, hansısa vəd verilsin, yaxud da məsələ qarşıya qoyulsun, ancaq həll olunmasın. Bütün proqramlar konkret xarakter daşıyır və hər bir proqramın arxasında konkret icra mexanizmləri, maliyyə resursları və düşünülmüş strateji xətt dayanır. Belə olan halda, əlbəttə, ölkənin uğurları tezliklə baş verəcək”.
“Prezident kimi mənim üçün, ilk növbədə, Azərbaycan xalqının maraqları böyük önəm daşıyır. Mən çalışmışam və bundan sonra da çalışacağam ki, Azərbaycan xalqının maraqlarını tam şəkildə müdafiə edək, qoruyaq, Azərbaycan dövlətinin mövqelərini möhkəmləndirək”-deyən ölkə başçısı
Azərbaycanın bölgədə sabitləşdirici amil kimi daim mövcud olduğunu da xatırladıb. Böhranlı şəraitdə bunun daha qabarıq göründüyünü xatırladan prezident növbəti illərdə Azərbaycanın bölgədəki nüfuzu, mövqeyi və rolunun daha da artacağını qeyd edib.
Prezident Azərbaycanın milli və dini dözümlülük baxımından nümunə kimi göstərildiyini də bildirib: “Azərbaycanda bütün insanlar, bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt milli, yaxud da dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb, olmamalıdır və əminəm ki, olmayacaq. Bu, bütün başqa amillərlə yanaşı, ölkəmizin uğurlu inkişafını təmin edən amildir”.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qiymətləndirdiyini deyən prezident bu qiyməti verən təşkilatların dünyanın ən böyük beynəlxalq maliyyə qurumları olduğunu da xatırladıb: “Azərbaycanda ictimai-siyasi vəziyyət sabit olaraq qalacaq, demokratiyanın inkişafı istiqamətində mühüm addımlar atılacaq. Təhlükəsizlik tədbirləri görüləcək, iqtisadi islahatlar, sosial proqramların icrası davam etdiriləcək. Növbəti illərdə böyük infrastruktur layihələri gözlənilir. Növbəti ilin dövlət büdcəsi təxminən 15 milyard dollar həcmində olacaq. Bu, son 5-6 il ərzində misli görünməmiş irəliləyişdir. Bizim dövlət xərclərimiz on dəfədən çox artır. Bunun nəticəsi olaraq, bütün layihələr uğurla icra edilir”.
Daha sonra prezident Ramazan bayramının müqəddəs ənənələrindən danışıb, bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıb.
Foto: “Azərtac”ındır.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq